Məşhuri britaniyalı bloqer Reyçel Uordun toyu unikal olub. Belə ki, toy mərasimi iki il davam edib.

Milli.Az The Sun-a istinadən bildirir ki, 2 ildə 5 dəfə keçirilmiş nikah və ziyafətlərdə 27 yaşlı Reyçel 5 gəlinlik geyinib.

Çeşir qraflığından olan Reyçel Uordun Tomas Uordla ilk nikah və toyu 2017-ci ilin noyabrında Maldiv adalarında olmuşdu.

Bu ilin iyun, iyul və avqust aylarında isə yeni nikah və toy mərasimləri keçirilib.

Reyçel Uordun dediyinə görə, 5 gəlinlik paltarına 50 min funt-sterlinq xərcləyib.

Milli.Az