Cəlilabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə yeni çəkilən Ələt-Astara magistral yolunun 100-cü kilometrliyində, rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər - 1991-ci il təvəllüdlü Əliyev Tofiq Mirəli oğlu və 1973-cü il təvəllüdlü Qasımov Namiq İbrahim oğlu yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az