Aleksandr Zaxarçenkonun öldürülməsi daha təhlükəli olayların təşviqinə səbəb ola bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Müdafiə Siyasəti Şurasının rəhbəri Fyodor Lukyanov deyib.

"Minsk prosesinin uzun müddətdir ki, problemə çevrildiyi heç kimə sirr deyil. Düşünürəm ki, sui-qəsd olayı Ukrayna böhranını yenidən ön plana çıxaracaq", - deyə Lukyanov bildirib.

Xatırladaq ki, dünən Donetsk separatçılarının lideri A.Zaxarçenko "Separ" kafesindən törədilən partlayış nəticəsində öldürülüb.

Milli.Az