Tovuzda baş verən yol qəzası zamanı 1 nəfər xəsarət alıb.
Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Tovuz şəhərində yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.
Avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1992-ci il təvəllüdlü Ələkbər Hüseynov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az