Kürdəmir rayonunda yol qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Hyundai" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az