Yerevan 2008-ci il 1 mart hadisələri ilə bağlı MDB-nin dövlətlərarası axtarışına daxil edilən Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyanın ölkəyə təhvil verilməsi barədə Moskvaya rəsmi müraciət ünvanlayıb.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hazırda müraciətlə bağlı məsələ Rusiyanın hüquq mühafizə orqanlarında müzakirə olunur. Mikael Arutyunyan 2002-ci ildən Rusiya vətəndaşı olduğu üçün ekstradisiyadan imtina olunması barədə ilkin qərar qəbul edilib.
RF konstitusiyasına əsasən, Rusiya cinayət məsuliyyətinə cəlb edilməsi üçün öz vətəndaşlarını xarici ölkələrə təhvil vermir.
Milli.Az