Kanadanın Britaniya Kolumbiyası əyalətində davam edən meşə yanğınlarının qarşısını almaq hələ də mümkün olmayıb.

Milli.Az Qaynarinfo-ya istinadən bildirir ki, 534 ərazidə həftələrdir yanğın davam edir. 13 min kvadrat km ərazinin külə çevrilməsi ilə Kanada tarixinin ən böyük yanğını kimi qeydə alınıb. Ötən ilki yanğında 12 min 161 kvadrat km ərazi yanmışdı. Fəlakətlə əlaqədar 21 min 800 nəfər təxliyə edilib. 

Bu il ərzində ümumilikdə 1467 yanğın qeydə alınıb, onlardan 443-ünə insanlar səbəb olub, digərləri isə təbii səbəblərdən baş verib. Bu günə qədər söndürmə prosesinə 350 milyon Kanada dolları xərclənib, proses hələ də davam etdirilir.

Əyalətdə hələ də 4 mindən çox yanğınsöndürən iş başındadır. Kanada milli müdafiə nazirliyi prosesə 200 əsgər cəlb edib.

Milli.Az