İtaliyada yaşayan ingilis Norma Uilyamsın 70 yaşı var. Fəqət o, yaşından xeyli cavan görünür.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, N.Uilyamsın dediyinə görə, onu gümrah və qıvraq saxlayan idmanla sağlam rasiondur.
Umbriyada yaşayan 70 yaşlı qadın həftənin hər günü məşq edir, zərərli qidalardan və ərzaqlardan uzaq durur.
Səhər yeməyini az yeyən Norma Uilyams nahar etmir, hər axşam qırmızı şərab içir.
Onun sözlərinə görə, 80 yaşlı əri Lori Uilyams da qıvraq, sağlam və gümrahdır.
Milli.Az