Bakıda qanunusuz tiklilərin söküntüsünə start verilib. Bakı Şəhər İcra Hakimiyyətinin əməkdşları tərəfindən ilk olaraq Xətai rayonunda, səkiləri və yaşıllıq sahələrini zəbt edən qeyri-qanuni tiklilər söküntüsü aparılıb.Bakı Şəhər İcra Hakimiyyətinin nəzərət şöbəsinin müdiri qeyd edib ki, bu cür söküntü işləri paytaxtın başqa rayonlarında da aparılacaq və qanunsuz tiklilərlə yanaşı, küçə ticarətinin də qarşısı alınacaq.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dəmir hasar sökülür, dayaqları isə yerindən çıxarılır. Təmizlik işçiləri də hasarlanmış ərazini təmizləyib, zibilləri yük avtomobilinə yığırlar.
Görüntülər Bakıda qanusuz tikintinin sökülməsi prosesində lentə alınıb. Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları son vaxtlarda Bakı şəhəri ərazisində bəzi yerlədə müxtəlif işbazlar tərəfindən qanunsuz tiklilərin aparılmasının qarşısını almaq məqsədi ilə reyd keçirib. Binaların qarşısını, piyada səkilərini zəbt edərək, müxtəlif təyinatlı tikili və obyektlər inşa edən sahibkarlara xəbərdarlıq edilərək tiklilər söküldü.
Bakı Şəhər İcra Hakimiyyətinin Nəzərət şöbəsinin müdiri Zülfəli İsmayılov onu da bildirdi ki,Xətai rayonunda zəbt edilən 8 ərazi aşkarlanıb, həmin yerlərdən bəzilərində söküntü işləri aparılıb, ərazi təmizlənərək yaşıllaşdırma işləri aparılacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarıbildirirlər ki, sözügedən rayonun Neapol küçəsindəki bu tikli də qeyri-qanunidi. Obyektin tikilməsi səkinin zəbt oılunmasına səbəb olub. Yarımçıqtiklinin sahibi Mehdi Hüseynov isə iddia edir ki, onuyn obyekti tam qaydalara uyğun tikilib və bütün lazımı orqanlardan da sənədləri var.
Məhəmməd Hadi küçəsindəki bu tiklinin də sahibi lazımı dövlət qrumlarından tikintini aparmaq üçün sənədlərinin olduğunu deyir. Səkininin zəbt olunmasına gəldikdə isə o, əvvəldən həmin ərazidə səki olmadığını bildirdi.
Bakı Şəhər İcra Hakimiyyətinin Nəzərət şöbəsinin müdiri Zülfəli İsmayılov iddialara cavab olaraq bildirib ki, monitorinq aparılarkən sahibkarlar onlara müvafiq sənədləri təqdim etməyiblər və söküntünün həyata keçirilməsi qanunidir. icra hakimiyyətinin rəsmisi onu da bildirdi ki, bu tədbirlər çərçivəsində qanunsuz küçə ticarətinin də qarşısı alınacaq.
Məqsəd şəhəri gözəlləşdirmək vəsakinlərin sosial şəraitinin daha da yaxşılaşdırmaqdır.
Milli.Az