Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində yerləşən Toktoqul Satılqanov adına milli filarmoniyanın binasında yanğın başlayıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hazırda hadisə yerinə 5 yanğınsöndürmə maşını və xilasedicilər cəlb ediliblər.

Ölən və yaralananlar barədə heç bir məlumat yoxdur. Milli filarmoniyanın binasındakı yanğının nədən baş verdiyi hələlik bilinmir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bişkekdə milli filarmoniyanın binası yanır