Ölkə ərazisində avqustun 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq,
yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun
gecə 20-24°, gündüz 29-34° isti olacağı gözlənilir.
Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 24-25°,
cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26°
isti olacaq. Şimal-şərq küləyi əsəcək.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Havanın
temperaturunun gecə 16-21°, gündüz 31-36° isti olacağı
proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturunun gecə 12-17°, gündüz 21-26° isti olacağı
bildirilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə
18-23°, gündüz 29-34° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru ayrı-ayrı
yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi
yerlərdə duman olacaq.
Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti, dağlarda
gecə 10-15°, gündüz 20-25° isti olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında havayağmursuz keçəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava
yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Havanın
temperaturunun gecə 20-23°, gündüz 29-34° isti, dağlarda gecə
11-16°, gündüz 23-28° isti olacağı gözlənilir. Respublikanın
bölgələrdində şərq küləyi əsəsək.