Bakı şəhərində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarına aşıb və daha sonra alışıb.
Yanğın nəticəsində avtomobilin salonu və yük yeri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Milli.Az