Ermənistanda demokratiya eyforiyası yaşanır. Bunu ermənilərin özləri etiraf edirlər.

Publika.az
xəbər verir ki, erməni şərhçi Tevos Arşakyan Paşinyan hakimiyyətinin keçmiş hökmdarın (Serj Sarkisyan) biabırçı təcrübəsini davam etdirdiyini yazıb.

Onun sözlərinə görə, Ermənistanda demokratiyalaşmanın eyforiyası yaşanır:

“Kadrların cavanlaşmasına baxmayaraq, kresloların əksəriyyətini Koçaryan-Sarkisyan dövründə formalaşmış insanlar tutdular. Nəticədə demokratiyanın imitasiyasının yaşandığı aydın şəkildə görünür. Biz artıq yeni hakimiyyətin o haqda bəyanatlarını eşidirik ki, hökumətin iclasları Sarkisyanın dövründə olduğu kimi yenə də ictimaiyyətə qapalı keçiriləcək”.

T.Arşakyan dəhşətli adlandırdığı digər faktları da açıqlayıb.

“Misal üçün, Paşinyanın hakimiyyətə gəlişinin 100-cü gününə həsr olunmuş mitinqinə insanlar məcburi gətirilmişdi. Bəzi məmurlar öz tabeliyində işləyən işçiləri mitinqə qatılmağa məcbur etdilər. Son vaxtlar o haqda da həyacanlı məlumatlar yayılır ki, Paşinyan hakimiyyəti vətəndaş cəmiyyəti və mətbuatı inhisara almaq üçün hərəkətə keçib. Faktiki olaraq, söz azadlığı boğulur. Biz keçmiş hökmdarların idarəçiliyini açıq şəkildə hiss edirik”, - deyə erməni şərhçi yazır.

Asif