Türk pilotu ABŞ-da uçuş təlimləri çərçivəsində F-35 qırıcısı ilə ilk uçuşunu edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı qüvvələrinin Baş qərargahından bildirilib.

Türkiyənin də ortağı olduğu F-35 layihəsi çərçivəsində ilk qırıcı Texas ştatında bu ilin iyun ayında təşkil edilən mərasimlə reallaşmışdı.