Sakit okeanda Yeni Kaledoniya sahillərində 7.0 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələ yerli vaxtla 3:51-də (7:51) qeydə alınıb.

Zəlzələnin episentri Hanter adasından 212 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində sunami təhlükəsi, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Milli.Az