Türkiyənin Samsun vilayətində Polis Xidməti Ali Məktəbinin müdiri Cihan Alagöz xidməti otağında intihar edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, xidməti silahından baş nahiyəsinə atəş açıb.

İntiharın səbəbi açıqlanmır.

1964-cü il təvəllüdlü Cihan Alagöz Polis Akademiyasını bitirib. İxtisası üzrə müxtəlif vəzifələrdə çalışıb. İki övladı var.

Milli.Az