ABŞ-da edilən maraqlı bir araşdırma bir çoxlarında çaşqınlıq yaradır. Araşdırmaya əsasən, tərkibində dərman və kimyəvi qatqıları olmayan təbii qidaların dərmanlarla yetişdirilən qidalar arasında ciddi fərqin olmadığı üzə çıxdı.
Aparılan təqiqat dünyada bir mənalı qarşılanmadı. Dünyanın bir çox tanınmış unverisitetlərinin tibb fakültələri bu məsələni inkar etdilər. Təbii qidaların, dərmanlı qidalarla eyni olmadığını, dərmanlı qidaların xəstəlik mənbəyi olduğunu söylədilər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ABŞ-ın "Stanford" Universitetinin araşdırma qurupu, apardığı təcrübədə maraqlı faktları üzə çıxartdı. Aradırmaya 200 növ: ət, süd, meyvə-tərəvəz, çörək, buğda və.s gündəlik məşətdə istifadə etdiyimiz qidaları, qatqılı olanlarla, müqayisə etdilər. Çıxan nəticələrə görə 200 qida növündə zülal, karbohidrat, yağ, vitaminlər hamısı eyni miqdarda olaraq qalır. Bundan əlavə tərkibindəki kimyəvi maddələr məhsullara, daha görkəmli və iri olmağa şərait yaradır.
Bu fikirlər isə, başda "Harvard" unverisiteti olmaq üzrə 50-yə yaxın araşdırma mərkəzini hərəkətə gətirdi. "Harvard" unverisiteti bu araşdırmaya hörmətlə yanaşdıqlarını, lakin daha çox təcrübə aparmaq lazımdır dedi. Lakin başqa bir unverisitetin apardığı buna oxşar təqiqat isə daha çox çaşqınlıq yaratdı. Bu unverisitetə görə isə, dərmanlı, hormonlu, qatqılı qidaların tərkibində insan sağlamlığına olduqca xeyrli olan və təbii qidalarda olmayan maddələr vardır. Unverisitet bununla kifayətlənməyib, həmin maddələri faydaları ilə birgə mediada nümayiş etdirdi. Bu isə araşdırmaçıları daha çox maraqlandırdı. İndi isə dünya elm adamları, unverisitetlər, tanınmış professorlar meydana çıxan məsələnin nə dərəcədə doğru olduğunu araşdırırlar.
Milli.Az