Bərdə-Tərtər yolunun 14-cü kilometrliyində "Mersedes" markalı avtomobilin sürücüsü naşılıqla qarşılaşıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yol-hərəkət qaydalarını kobud şəkildə pozan və digərlərinin həyatını riskə atan "Jiquli" sürücüsü "Mersedes"lə toqquşmaq təhlükəsi yaşayıb.
Sürücünün reaksiyası sayəsində avtomobillər toqquşmadan yayınıb.
İnsidentdən sonra "Mersedes"in sürücüsü Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib və maşında quraşdırılmış videoqeydiyyatçıda əks olunmuş görüntüləri təqdim edib. Əzim Qaraşov inzibati qaydada cəzalandırılıb.
Videonu izləmək üçün şəklə klikləyin:
Milli.Az