Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 əcnəbi saxlanılıb
Dövlət Miqrasiya Xidmətindən (DMX) Publika.az-a verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılan 89 əcnəbidən 6 nəfərinin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 83-nün isə ölkə ərazisində qanunsuz qaldıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 62-nin barəsində inzibati qərarlar qəbul olunub, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Könül