ABŞ-ın Nevada ştatındakı Blək Rok səhrasında ənənəvi "Burning Mən" festivalı başlanıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 1986-cı ildən bəri keçirilən festivala bu il 70 mindən artıq insan qatılıb
Festivalın əsas məqsədi özlərini ekstremal formada təzahür etdirməyə çalışan insanlara şərait yaratmaqdır.
Festivalın banilərindən biri Lerri Harvi builki bayramda olmayacaq. O, aprel ayında, 70 yaşında vəfat edib.
"Burning Man" kasıbların bayramı deyil. Belə ki, festivala qatılanların əksəriyyəti ağdərililərdir. 425 dollarlıq bilet isə iştirakçıların arealını orta sinif mənsubları və varlılarla məhdudlaşdırır.
"Burning Man" sentyabrın 3-də başa çatacaq.
Milli.Az