Qurban bayramında Türkiyənin Rizə rayonunda dənizə atlanıb, 3 gün üzdükdən sonra Trabzonda çıxan inəyi məşhur sənətçi Haluk Levent alıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, bu barədə Haluk Levent Twitter hesabından etdiyi paylaşımda özü məlumat verib:

''Rizədən dənizə atlanıb 3 gün üzərək Trabzondan çıxan dananı aldım. Adını "Ferdinand" qoyduq. Bir cizgi filmində dananın adı idi. O da belə qaçırdı".

Məhəmməd Vaqif
​Milli.Az