Yunanıstanın baş naziri Aleksis Tsiprasın Çin Xalq Respublikasının sədri Si Cinpini Afinaya dəvət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yunanıstanın xarici işlər naziri Nikos Kotszias çinli həmkarı Van İ ilə danışıqlardan sonra baş nazirin çatdırdığını bildirib.

Nikos Kotszias bildirib: "Biz bir-birinə etibar edən və etibarla işləyən iki ölkə, iki xalq, iki nazirik. Bu, beynəlxalq münasibətlərdə ən vacib olan şeydir. Bizim əsas məqsədimiz - siyasi əməkdaşlığı dərinləşdirməkdir. Mən baş nazirin Çin prezidentinə əməkdaşlığın möhkəmləndirilməsi üçün Afinaya səfərə dəvətini çatdırdım".

Milli.Az