Ətrafı yandırılan qəbrlər və sındırılmış məzar daşları. Heç bir nəzarətin və mühafizənin olmadığı vəziyyətipaytaxtın əksər qəbiristanlığında görmək mümkündür.

Qəbiristanlıqlarda mühafizə sistemi olmadığından əksər vaxt ölü yaxınları qəbir daşlarının dağıdıldığını və ya ətrafın tamamilə yandırıldığının şahidi olurlar.

Milli.Az xəbər verir ki, vətəndaşlar da qəbiristanlıqlarda mühafizə sisteminin vacib olduğunu bildirir.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov XəzərXəbər-ə bildirdi ki, qəbiristanlıqlarda aidiyyatı üzrə nəzarətçilərolur. Lakin Qəbiristanlıqların xüsusi olaraq mühafizə olunması nəzərdə tutulmayıb. Hər hansı bir vətəndaşın yaxının məzarına qarşı xoşagəlməz bir hal olduqda onlar aidiyyatı üzrə polisə müraciət edirlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qəbiristanlıqların mühafizəsi necə həyata keçirilir?