Avstriyanın xarici işlər naziri Karin Knaysl Alpbax Avropa Forumu zamanı huşunu itirib.

Milli.Az xəbər verir ki, bu barədə Report Avstriya KİV-inə istinadən xəbər verir.

Avstriya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tomass Şnell nazirin dünən illik forum çərçivəsində çıxış edərkən azacıq halsızlaşdığını təsdiqləyib: "Nazir hoteldə otağında istirahət edir və artıq yaxşılaşmaqdadır".

Bundan əlavə, K.Knayslın mətbuat nümayəndələri ilə avqustun 18-də sahibkar Volfqanq Meylinger toyunda Rusiya prezidenti Vladimir Putinin iştirakı barədə müsahibədən sonra halının pisləşdiyi bildirilir.

Milli.Az