Hollivud ulduzu Ancelina Coli bu dəfə Los-Anceles küçələrində obyektivlərə tuş gəlib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa 14 yaşlı oğlu Paksonla yeməyə yollanıb. 

Hər dəfə qara paltarlar geyinən Colinin bu dəfə fərqli rəng seçib. Bej rəngli libas geyinən Ancelina stilini "Celine" brendinin çantası və zamşa ayaqqabı ilə tamamlayıb. Məşhur ulduz çiyninə libası rəng şərf atıb. 

Pərəstişkarları Colinin geyimini müzakirə edərkən bildiriblər ki, o, son günlər daha al-əlvan geyinməyə başlayıb. Bu da, onun əhvalının yaxşı olmasından xəbər verir. 

Milli.Az