Neftçalada yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Qolluq kəndində ümumi sahəsi 232 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 m² sahədə və dam örtüyü 16 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az