Bülənt Ərsoy uzun müddətlik fasilədən sonra yenidən sosial şəbəkədən istifadə etməyə başlayıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Bülənt hamam xalatında videosunu paylaşıb. Video qısa müddət ərzində on minlərlə insan tərəfindən bəyənilib. Hazırda yüz minlərlə insan videonu izləyir və bəyənir.

Sənətçi Səfa Doğanay da Bülənti təqlid edərək video çəkib və sosial şəbəkədə paylaşıb. O, "Hələ təsirindən çıxa bilməmişəm. Bir Diva parodiyası da məndən gəlsin" cümlələri ilə videonu şəxsi hesabında paylaşıb.

Milli.Az