Gədəbəy rayonunda yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Qaradağ kəndində "VAZ" markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Milli.Az