Təcavüz iddiası ilə gündəmə gələn Talat Bulutun rol aldığı "Yasak elma" serialının yeni mövsüm çəkilişləri hələ fə başlamayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun ekran işinə qayıtması çəkilişlərdə maneə yaradıb.
"Yasak elma" aktyorları Bulutla bağlı iddialardan sonra onun haqqında günahsız olması ilə bağlı qərar çıxsa da bunu qəbul etməyiblər.
Əvvəlcə 12, daha sonra 20 avqusta salınan çəkilişlər hələ də başlamayıb. Aktyorların kefsiz olduğu deyilir. Rejissor Neslihan Yeşilyurt və bir çox aktyorun Bulutun ssenaridə qalmasını istəmədiyi bildirilib. Hətta buna görə onlar arasında mübahisə də düşüb.
Milli.Az