Belçikada sərnişin yol polisini güllələyərək hadisə yerindən qaçıb.

Publika.az xəbər verir ki, hadisə ölkənin Spar şəhərində baş verib. Yol polisi vəzifə borcunu yerinə yetirən zaman sərnişinlərdən biri tərəfindən güllələnib.

Belçikanın Daxili İşlər Nazirliyi faktı təsdiqləsə də, hadisənin təfərrüatları barədə məlumat verməkdən imtina edib. Daxili işlə naziri Jan Jambon ölən polisin ailə yaxınlarına dərin hüzünlə başsağlığı verib.

İlkin ehtimallara görə, polisi güllələyən şəxs cinayətkar olub. Təhlükəsizlik kameralarından avtomobilin markası və nömrəsi bardə məlumat alınıb. Polis cinayətkarın axtarışını davam etdirir.

Könül