İran yenidən İraqı elektrik enerjisi ilə təmin edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Energetika naziri Rza Ərdəkanian deyib.

O, İraqın İrana olan borcunun bir hissəni ödədiyini və digər borcların da tez bir zamanda ödəyəcəyinə ümid etdiyini söyləyib.

Qeyd edək ki, İran iyulun 7-də İraqın enerjiyə olan borcunun çox olması səbəbi ilə bu ölkəyə enerji satışını dayandırmışdı. Bu da İraqda xalqın etirazına səbəb olmuşdu.

Milli.Az