İranda zəlzələ nəticəsində azı 1 nəfər ölüb, 140 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Press TV" telekanalı xəbər yayıb.

Qeyd edək ki, İranın qərbində 6,1 bal gücündə zəlzələ baş verib. "UTC" vaxtı ilə saat 22:13-də qeydə alınan yeraltı təkanların episentri Kermanşah vilayətindən 76 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Milli.Az