ABŞ-ın Texas ştatının Arlinqton şəhərində sərnişin qatarı ilə yük maşınının toqquşması nəticəsində azı 2 nəfər həyatını itirib.
Publika.az xəbər verir ki, şəhər polisinin tvitter hesabında yerləşdirilən məlumata görə, qatarın 11 sərnişini yaralanıb.
Onlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Toqquşmanın səbəbləri hələ müəyyən edilməyib.
Hadisə yerinə fövqəladə xidmətin əməkdaşları cəlb olunub.
\