Nar qabıqları güclü antiseptik və qurdqovucu təsirə malikdir.

Sizə orqanizmi qurdlardan təmizləmək üçün çox tanınmış xalq təbabəti reseptini təqdim edirik.

Milli.Az saglamheyat.com-a istinadən bildirir ki, nar qabıqları yaxşı yuyulur, qurudulur, qəhvəüyüdəndə üyüdülür. Hazır tozu şüşə qabında sərin quru yerdə saxlayın.

Hər səhər qida qəbulundan 30 dəqiqə əvvəl 1 x.q. nar qabığı tozu (uşaqlar üçün 1 ç.q.) 1 ç.q. balla yaxşı qarışdırın, qəbul edin və sonra 1 stəkan su için.

Bu vasitə mədə-bağırsaq sisteminə güclü antiseptik təsir edir, qurdları öldürür.

Milli.Az