Rusiyada kriptovalyuta sektoru böyüyür. Daha çox rus kriptovalyutaya sahib olduqca mədənçilik əməliyyatları edən müəssisələrin sayı artır. Aparılan araşdırmaya görə, Rusiyada mədənçilik müəssisələrinin sayı bu il ciddi şəkildə artıb.

Rusiyada mədənçiliklə məşğul olan 7500 şirkət var

Milli.Az kripto.az-a istinadən bildirir ki, ucuz elektrikin də daxil olduğu enerji ehtiyatlarının bol olduğu Rusiya kriptovalyuta mədənçiliyi üçün hər şeyə malikdir. İqtisadiyyatdakı bu modern sektor ölkədə getdikcə inkişaf edir.

"İlin ikinci yarısında aparılan araşdırmanın nəticələrinə görə, Rusiyadakı mədənçilik müəssisələrinin sayı 15% artaraq 75 minə çatıb. Mədənçilik sənayesi 350 min insanın iş yerinə çevrilib. Rusiya dünyanın mədənçilik bazarının 6%-nə sahibdir. Bu göstərici 1 il əvvəl 1% idi. ABŞ və Kanada bu baxımdan lider ölkələrdir".

Rusiya Kriptovalyuta və Blockchain Birliyinin rəhbərinin apardığı bu araşdırma əsnasında danışılmış hər şey Rusiyanın lehinə deyildi. Rəhbər bu müsbət xəbərlə yanaşı Rusiyanın rəqəmsal maliyyə lideri olmaq şansını itirdiyini də bildirib. O, həmçinin bunları əlavə edib:

"Rəqəmsal pul çoxdan meydana çıxıb və Rusiyanın bunu qəbul etmə və mənimsəmə ilə bağlı gecikməsi illik 1 trilyon rubla qədər itki anlamına gəlir".

Yuri Pripaçkin Morqan Stenlinin araşdırmasını sitat gətirərək bu ilin ilk yarısında kriptovalyuta ticarətində lider olan ölkələrin siyahısını təqdim edib: Malta, Beliz, Seyşel adaları, ABŞ və Cənubi Koreya. O, ölkəsinin bu ilki siyahıda da olmadığına diqqət çəkib. Araşdırmaya görə, Rusiyada kriptovalyutası olanların sayı 2.5 milyondan 3 milyona qədər artıb.

Rusiyada kriptovalyuta sektorunun tənzimlənməsi gözlənilir

Rusiyanın kriptovalyuta sənayesi sağlam tənzimləmə aparılmamasına baxmayaraq, yaxşı inkişaf sürəti göstərir. Kriptovalyuta sektoruyla bağlı hazırlanan 3 qanun layihəsinin payızda tətbiq olunacağı gözlənilir.

Rusiya Maliyyə bazarları rəhbəri Anatoli Aksakov açıqlamasında qanunverici qurumların rəqəmsal maliyyə məhsullarını ehtiva edən bir qanun layihəsini məclisdə müzakirə çıxaracaqlarını vurğulayıb. Aksakovun fikrincə, bu qanun layihəsi kriptovalyuta sahibləri ilə bağlı ayrı bir vergi tənzimləməsini nəzərdə tutmur. Başqa sözlə, Aksakovun sözlərinə görə, investorların və mədənçilərin vergiyə cəlb olunması mövcud qanunlara əsasən aparılacaq.

Rusiya üçün bu payız kriptovalyutalar və blockchain mövzusunda olduqca həlledici əhəmiyyətə malikdir.

Milli.Az