Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, rayon ərazisindəki evlərin birindən mobil telefon və təmir-tikinti aləti oğurlanması barədə 29-cu polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Nazim Cahangirov saxlanılıb.

Milli.Az