"Eagle MMA" döyüş klubunun baş məşqçisi və Həbib Nurmaqomedovun atası Əbdülmanap Nurmaqomedov irlandiyalı Konor Makqreqorun ona ünvanladığı sözləri şərh edib.

"Bu barədə şərh vermirəm. Bütün bunların hamısına Həbib cavab verəcək", - məşqçi deyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, daha öncə atasının təhqir olunmasına Nurmaqomedov özü cavab verib. O, "Instagram" səhifəsində "müharibə gözlədiyini" yazıb.

Avqustun 24-də Makqreqor rusiyalının atasına "Instagram" vasitəsi ilə müraciət edib. İrlandiyalı Əbdülmanap Nurmaqomedovu "titrəyən qorxaq" adlandırıb.

UFC çempionatının yüngül çəkidə mütləq qalibi adı uğrunda Makqreqorla Nurmaqomedov arasında döyüş Las-Veqasda oktyabrın 6-da keçiriləcək.

Milli.Az