Finlandiyanın Hamina şəhərində ölkənin ən böyük bayrağını ucaltmaq planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, yüz metr hündürlüyündə bayraq dirəyi və 400 kvadrat metrdən böyük bayraq təxminən 6 aydan sonra ucaldılacaq.

Daha sonra həmin ərazidə digər ölkələrin bayraqları da yerləşdiriləcək.

"Bayraqlar dünyası" adını alan layihənin dəyəri 1,2 milyon avro həcmində ölçülür.

Milli.Az