Fransanın Marsel şəhərində yüksəksürətli qatar vağzalın girəcəyində relsdən çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın milli dəmiryolu şirkəti (SNCF) məlumat yayıb.

"Vağzalın girəcəyində aşağı sürətlə hərəkət edən yüksəksürətli qatarın relsdən çıxması səbəbindən Marsel vağzalında hərəkət pozulub", - deyə SNCF "Twitter" sosial şəbəkəsində səhifəsində məlumat yayıb.

Hadisə zamanı qatarda 350 sərnişin olub. "Müştəri və əməkdaşlardan heç kim xəsarət almayıb", - deyə şirkət qeyd edib.

Milli.Az