Bekhem ailəsi məşhur aşpaz Qordon Ramzi və həyat yoldaşı Tanenin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aşbaz ad günü münasibətilə kiçik parti təşkil edib. Gecədə fotonu Viktoriya Bekhem sosial şəbəkədə yayımlayıb. 

Şəkildə Bekhem ailəsinin bütün üzvləri yer alıblar. Onların sadə geyimi də diqqət çəkib. 6 yaşlı Harper Bekhemin ayaqqabısı izləyicilərin müzakirəsinə səbəb olub. Onlar balaca qızın hündürdaban ayaqqabı geyinməsini qınayıblar. 

Sosial şəbəkə istifadəçiləri balaca qıza valideynlərinin diqqət yetirmədiyini vurğulayıblar.

Milli.Az