İstirahət günləri üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli.Az-a verilən məlumat görə Böyük və Kiçik Qafqazda, əsasən, yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, avqustun 25-26-da səhər saatlarında dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 21-26 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları, əsasən, yağmursuz hava şəraiti gözləsə də, avqustun 26-da səhər qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-34, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək. 
Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, avqustun 25-26-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək. 

Milli.Az