Xızı rayonunda ovçuluq qaydalarının pozan şəxs cərimələnib, sahə müfəttişinə tənbeh verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Xızı rayonunda yerləşən Yaşma ovçuluq təsərrüfatının ərazisində ov qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumat nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Araşdırma zamanı ərazidə ov qaydalarının pozulması faktı təsdiqini tapıb. Qanunsuz ov edən şəxsin Bakı şəhər sakini Emin Rəsulov olduğu müəyyənləşdirilib. Faktla bağlı qanunamüvafiq tədbir görülüb və E.Rəsulov 1000 manat məbləğində cərimə edilib.

Eyni zamanda vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə əraziyə cavabdeh olan ovçuluq təsərrüfatının sahə müfəttişi Ə.Məcidov barəsində intizam tənbeh tədbiri görülüb.