ABŞ düşmənin hava hücumundan müdafiə sistemləri üçün yanlış hədəf kimi istifadə olunan "MALD-X" raketini uğurla sınaqdan keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Pentaqondan bildiriblər.

Pentaqonun məlumatına əsasən, aparatların uğurlu uçuşu avqustun 20-si və 22-si Kalifroniya ştatında yerləşən Poynt-Muqu hərbi dəniz aviasiya bazasında keçirilib. MALD-X-in quruluşu onu müxtəlif məqsədlər üçün tez uyğunlaşdırmaq imkanı verir.

Milli.Az