ABŞ Hərbi Hava Qüvvələrinin "F-35A Lightning II" qırıcısı Florida ştatında yerləşən aviabazada təcili eniş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, pilot eniş edərkən göyərtədə qəza vəziyyəti barədə məlumat verib. Eniş edərkən qırıcının ön şassisi sınıb, pilot xəsarət almayıb.

İnsidentin araşdırılması ilə ABŞ HHQ-nin uçuşların təhlükəsizliyi üzrə komitəsi məşğul olacaq. Araşdırılma 30 gün çəkə bilər.

Milli.Az