Atmosferdəki karbon 4 oksid miqdarı gün keçdikcə artır. İqlim dəyişikliyi ilə birbaşa əlaqəsi olan bu artımın nəticələrini çoxdan hiss etməyə başladıq. İndi, bəlkə də insanların və sonra da bütün dünyanın həyatını xilas edəcək bir iş görüldü - artıq karbon 4 oksid, minerala çevriləcək.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, quruluşunda karbon 4 oksid saxlayan mineral növü maqnezit, insanlığın parlaq bir gələcək üçün ümidi ola bilər. Çünki elm insanları atmosferdəki həddindən artıq karbon 4 oksidi maqnezitə çevirmək üçün bir üsul kəşf etdilər. Əgər bu üsul sənaye sahədə tətbiq oluna bilsə, davamlı karbon 4 oksid yığmaq mümkün olacaq. Beləcə artıq karbon 4 oksid atmosferə buraxılmadan, yəni kimsəyə zərər vermədən saxlana biləcək. Zamanla bu üsul sayəsində atmosferdəki karbon 4 oksid miqdarında artım dayanacaq, işin geri qalanı hələ kəsilməyən ağaclara və dənizdəki yaşıl toxumaya əmanət olacaq. Onlar da mövcud karbon 4 oksidi oksigenə çevirib tarazlığı təmin edəcəklər.
Bir az vaxt alacaq, ancaq tətbiq oluna bilsə çox möhkəm əsaslı bir layihədən bəhs edirik.
Kanadanın Trent Universitetinin professoru layihə rəhbəri Yan Pouer bu barədə belə deyib: "İşimiz iki şey göstərir. İlk olaraq, maqnezitin təbii olaraq necə və nə qədər sürətli meydana gəldiyini açıqladıq. Bu, yer səthində yüzlərlə və ya minlərlə il davam edən bir müddətdir. Etdiyimiz ikinci şey, hansı sürətdə olması lazım olduğu mövzusunda bir üsul təqdim etməkdir".
Milli.Az