Tallin şəhər şurasının sədri Mixail Kılvart hesab edir ki, Estoniya paytaxtına gələn turistlərə xüsusi vergi tətbiq edilməlidir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Kılvart bu təklifini Tallin şəhər şurasının payız sessiyasının açılış iclasında səsləndirib.

Onun sözlərinə görə, turizm Tallinin iqtisadi seqmentinin əsas hissəsidir və şəhər həmişə turizm markentinginə maliyyə ayırır:

"Əgər hər bir turist oteldə qaldığı hər günə görə 1 avro ödəsə, şəhər illik əlavə 2,8 milyon avro qazanc əldə edəcək".

O qeyd edib ki, Tallin turistlər üçün getdikcə daha cəlbedici olur.

Milli.Az