Fransanın "Air France" şirkəti sentyabrın 18-dən İranın paytaxtı Tehrana uçuşları dayandıracaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "RİA Novosti" agentliyi şirkətin nümayəndəsinə istinadla məlumat yayıb.

"Biz iqtisadi məsələlərə görə Tehrana uçuşları dayandırırıq", - şirkət rəsmisi bildirib.

"Air France" şirkəti 1933-cü il oktyabrın 7-də yaradılıb. 2004-cü ildə "Air France" Hollandiyanın KLM aviaşirkəti ilə birləşib.

Milli.Az