Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk Ukrayna xüsusi xidmət orqanlarına Krım körpüsünü məhv etmək üçün müttəfiq tapmağı təklif edib.
Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.
“Ukrayna xüsusi xidmət orqanları və ukraynalılar Krım körpüsünün məhv edilməsi üçün Qafqazdakı müttəfiqləri sırasına da diqqət yetirməlidir”, - Mosiyçuk bildirib.