Son günlər paytaxt bazarlarında pomidor və xiyar bahalaşıb. Milli.Az bildirir ki, bu tərəvəzlərin qiymətində 40-50 qəpik, bəzi sortlarda isə 1 manata qədər artım müşahidə olunur. Hazırda pomidorun 1 kiloqramının qiyməti 1-3, xiyarın qiyməti isə 1-2 manat 50 qəpik arasında dəyişir. Alıcılar da qiymət artımının olduğunu deyirlər.
Qiymət artımını satıcılar da təsdiqləyirlər.
Satıcılar deyirlər ki, yağışlı havalar səngiməsə və bazarda məhsul bol olmasa, qiymətlərdə ucuzlaşma olmayacaq. /xezerxeber.az
Milli.Az