Kürdə batdığı ehtimal olunan şəxs axtarılır.

Milli.Az bildirir ki, Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Milli.Az